Rafael Ağayev 1-ci yeri tutdu

Rafael Ağayev 1-ci yeri tutdu

“Qəbələ İdman Klubu”nun karateçisi dünya çempionu Rafael Ağayev növbəti uğurunu qazanıb.

Dəfələrlə dünya və Avropa çempionu olan idmançımız bu dəfə Mərakeşin paytaxtı Rabatda fərqlənib. O, 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub.

Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərini məğlub edib. Bununla da karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

rafael-agayev