Qvineyada komendant saatı elan edilib

Qvineyada hərbi çevriliş cəhd cəhdi edən hərbçilər ölkənin bütün ərazisində komendant saatının tətbiq edildiyini elan ediblər.

AzerTimes-ın məlumatına görə, bu barədə “France Presse” agentliyi xəbər yayıb.

Məlumata əsasən, komendant saatı növbəti xəbərdarlığa qədər qüvvədə olacaq.


Həmçinin bildirilir ki, şəhərlərin qubernatorlarını hərbçilər əvəz edəcəklər.

Xatırladaq ki, ötən gün Qvineyada hərbi çevriliş baş verib. Ölkənin prezidenti Alka Konda hərbçilər tərəfindən saxlanılıb.