Qvineya sahillərində dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir nəfər öldürülüb

Qvineya sahillərində Türkiyəyə məxsus “Motsart” adlı gəmi dəniz quldurları tərəfindən girov götürülüb.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Nigeriyanın Laqos şəhərindən Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə doğru üzən gəminin göyərtəsində 19 nəfər olub.

Məlumata əsasən, dəniz quldurları gəmidə olan ikinci mühəndis azərbaycanlı Fərman İsmayılovu qətlə yetiriblər, 15 nəfəri isə girov götürüblər.


Bildirilir ki, nigeriyalı dəniz quldurları razılaşma üçün xəbər gözləyirlər.