Qusarda gənc oğlan kanalda boğulub öldü

Qusarda gənc oğlan kanalda boğulub öldü

Qusarda 18 yaşlı oğlan kanalda boğulub öldü.  

Hadisə bu gün saat 11:30 radələrində Qusarın Hiloba kəndi ərazisində baş verib.

18 yaşlı Akif Abbasəli oğlu Allahyarov kanalda çimərkən bataraq ölüb. Hadisə yerində Qusar prokurorluğunun və polis şöbəsinin əməkdaşları işləyir.

Məlumata görə, hadisə yerinə gedən Qusar rayon mərkəzi xəstəxanasının təcili yardım briqadasının orta tibb işçisi mərhumun qohumları tərəfindən döyülüb, ona hücum ediblər.

Akif Allahyarovun ölümü ilə bağlı Qusar prokurorluğu araşdırmalara başlayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Akif Allahyarov ürək xəstəsi olub və o kanaldan təsərrüfat sahələrinə su açmaq istəyərkən ürəyi tutub və suya yıxılıb ölüb.

Meyit tibbi ekspertiza olunub. Ölümün səbəbi tibbi ekspertizanın rəyindən sonra tam məlum olacaq.