Qusarda 15 yaşlı oğlan göldə boğuldu

Qusarda 15 yaşlı oğlan göldə boğuldu

Qusarda bədbəxt hadisə baş verib.

İsti havada sərinləmək üçün suda çimmək istəyən Köhnə Xudat kənd sakini Abdulla Abbasov kənddəki göldə batıb.

Onun meyiti FHN-nin xilasediciləri tərəfindən göldən çıxarılıb. Qusar prokurorluğu araşdırmalara start verib. 15 yaşlı yeniyetmənin ölüm səbəbi dəqiqləşdirilir.