Qusar yolunda ağır qəza

Qusar yolunda ağır qəza

Quba-Qusar yolunda ağır qəzada baş verib. Yaralı sayı beşə çatdı. Hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb.

Qusar rayon mərkəzi xəstəxanasından açıqlama verilib: Yaralananlardan 28 yaşlı Quba şəhər sakini Malik Həmidov VAZ 2107-nin sərnişinidir, o reanimasiya şöbəsində müalicə olunur. BMV-də olan sürücü və sərnişinlər – 40 yaşlı Ceyhun Allahverdiyev, 40 yaşlı Albert Rəhimov, 29 yaşlı Zaur Rəhimov isə Qusar rayon sakinləridir. Onlar xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdiriblər.

Qəzada həyatını itirənlərin kimliyi aydın olub. Quba polis şöbəsinin məlumatına görə, ölənlərin biri VAZ 2107-nin sürücüsü, Quba şəhər sakini Novruz Baloğlan oğlu Vahidi və sərnişin, 33 yaşlı Quba şəhər sakini Ruslan Mirzəbala oğlu Şahmirzəyevdir. Qəzada 4 nəfər yaralanıb. Onlar Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Mübariz Zeynalovun verdiyi məlumata görə, onlardan biri ağır olduğundan reanimasiyaya, üçü isə cərrahiyyə şöbəsindədir.

Quba-Qusar yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb.

40 BN 070 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və 10 DU 314 dövlət nömrə nişanlı, BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü bildirilir.

İlkin məlumata görə, onların hər ikisi “VAZ 2107”-də olan şəxslərdir.
Faktla bağlı araşdırma aparılır.

Qəzadan sonra qalan görüntü: