Qurban bayramına görə dərslər gec başlayacaq

Qurban bayramına görə dərslər gec başlayacaq

Rusiyanın paytaxtı Moskvada Qurban bayramına görə dərslər gec başlayacaq.

Məscid yaxınlığında yerləşən paytaxt məktəblərində dərslər sentyabrın 1-də deyil, 4-də başlayacaq.

1-2 sentyabr tarixlərində müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Ayın 2-si şənbə gününə təsadüf etdiyindən, Azərbaycanda sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Beləcə, Azərbaycan vətəndaşları ardıcıl olaraq 4 gün istirahət edə biləcəklər.

Türkiyədə isə Qurban bayramı tətili 10 gün olacaq.