Qubadlıda yarımstansiyanın tikiləcəyi yer minalardan təmizlənib

Qubadlı. Ceyhun Ələkbərov – Trend:

Qubadlıda yarımstansiyanın tikiləcəyi yer minalardan təmizlənib.

Bunu AzerTimes-ın Qarabağ bürosuna Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəhbəri Bəhruz Namazov deyib.

Onun sözlərinə görə, sözügedən sahə 24 min kvadratmetr ərazini əhatə edir:


“”Azərenerji”nin müraciəti əsasında Qubadlı rayonunun girişində yarımstansiyanın inşası üçün 24 min kvadratmetr ərazi minalardan təmizlənib. Əlavə olaraq burada “Azərişıq” ASC-nin müraciəti ilə işıq xəttinin çəkilməsi üçün 39 min kvadratmetr ərazi ANAMA tərəfindən təmizlənib”.

Twitter: @JeyhunAlakbar

Teqlər: