Qubada sel kəndin körpünü uçurtdu

Qubada sel kəndin körpünü uçurtdu

Qubanın Çayqışlaq kəndində güclü yağışın yaratdığı sel sakinlərin öz vəsaitləri hesabına tikdiyi körpünü uçurub.

Hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Məlumata görə, kənd sakinləri hər mövsüm eyni problemlə üzləşirlər. Kənd çayın ətrafında yerləşdiyindən sel hər dəfə həm əkin, həm də heyvandarlıq təsərrüfatlarını yararsız hala salır.

Qeyd edək ki, kəndə giriş-çıxış yalnız bu körpü vasitəsilə mümkün olub. Körpü uçduğundan kəndə giriş-çıxış bağlanıb.