Qubada İcra Hakimiyyətinin şöbə müdiri bıçaqlandı

Qubada İcra Hakimiyyətinin şöbə müdiri bıçaqlandı

Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayev rayon ərazisində bıçaqlanıb.

O, aldığı xəsarətlər səbəbindən rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması barədə Quba polis şöbəsindən hər hansı məlumat almaq mümkün olmadı.

Yeni xəbər

Qubada məmuru bıçaqlamaqda şübhəli bilinən şəxsin kimliyi bəlli olub.

Nizaməddin Əmrullayevi bıçaqlayan şəxs rayonun İkinci Nügədi kənd sakini Şakir Mədətovdur. O, yerli polis tərəfindən tutulub.

Hadisə elə həmin kənddə baş verib. İcra hakimiyyətinin şöbə müdirinin həmkəndlisi ilə torpaq sahəsi üstündə mübahisə etdiyi bildirilir. Bu barədə İkinci Nügədi kənd sakinləri bildiriblər.

Quba rayon prokurorluğunda araşdırma başlanılıb.