Qubada iribuynuzlu heyvan quyuya düşüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində iribuynuzlu heyvanın dərinliyi təqribən 2 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib


Teqlər: