Quba-Xınalıq yolu qardan təmizlənir (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Quba-Xınalıq yolu qardan təmizlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, şimal bölgəsinə yağan qar Quba-Xınalıq yolunda da müşahidə olunur.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən yola xüsusi texnikalar cəlb olunub. Nəqliyyat vasitələrinin rahat gediş-gəlişi üçün yol qardan təmizlənir.

Teqlər: