Quba Memorial Kompleksində soyqırımının ildönümü ilə bağlı hazırlıq işləri görülür (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Quba Soyqırımı Memorial Kompleksi soyqırımının 103-cü ildönümündə vətəndaşları qəbul etməyə hazırdır.

Bu barədə AzerTimes-a Memorial Kompleksdən bildiriblər. Qeyd olunub ki, kompleks Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejiminin qaydalarına uyğun fəaliyyət göstərir:

“Kompleksə gələn vətəndaşlar qaydalara uyğun olaraq buranı ziyarət edə bilir. Toplu şəkildə gələn şəxslər qrup halına salınır, hər birində 8-9 nəfərdən artıq olmayaraq ziyarət həyata keçirilir. Bundan əlavə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 103 illiyi ərəfəsində kompleks tərəfindən bir çox maarifləndirici layihələr həyata keçirilir. Bu layihələrdən biri də təbliğat və tanıtım xarakterli, soyqırımı – şahid ifadələrini əks etdirən sənədli filmin 3 dildə (Azərbaycan, ingilis və rus) tərcümə olunaraq yazıldığı disklərin, həmçinin 5 dildə (Azərbaycan, ingilis, rus, türk və ərəb) buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsullarının hazırlanması və gələn ziyarətçilərə təqdim edilməsi olur”.

Əlavə olunub ki, kompleksdə müəyyən vaxtlarda dezinfeksiya işləri də görülür.

Teqlər: