Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə təşkil olunan onlayn turnirdə gümüş medal qazandı

Bədii gimnastika üzrə yığma komandamızın üzvləri aprelin 9-da Finlandiya Gimnastika Federasiyasının dəvəti ilə bədii gimnastika üzrə onlayn turnirdə iştirak ediblər.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, ölkəmizi Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası, fərdi proqramda isə Arzu Cəlilova və Nərminə Səmədova təmsil edib.

Uğurları ilə hər kəsi daim sevindirən qrup hərəkətləri komandamız bu dəfə də medalsız qalmayıb. 3 halqa və 2 cüt gürzlərlə nümayiş etdirdikləri çıxışlarına görə qızlarımız gümüş medal qazanıblar.

Teqlər: