Qrup hərəkətləri komandamız dünya kuboku yarışlarının finalına yüksəlib

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda qrup hərəkətləri komandaları arasında 5 topla yarışın finalçıları müəyyənləşib.

Trend xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız təsnifat mərhələsində 43 xalla üçüncü olub və finala vəsiqə qazanıb.

Azərbaycan komandası ilə yanaşı, Bolqarıstan, İtaliya, Belarus, Özbəkistan, Ukrayna, İsrail və Braziliya kollektivləri finalda medallar uğrunda yarışacaqlar.

Mayın 9-dək davam edəcək kubok yarışları “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.


Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Teqlər: