Qonşuları Sezen Aksudan şikayət etdilər

Qonşuları Sezen Aksudan şikayət etdilər

Qonşuları Türkiyənin məşhur müğənnisi Sezen Aksudan şikayətçi olub.

Buna səbəb sənətçinin İzmir-Karaburundakı villasından dənizə mütəmadi olaraq zibil atılması olub.

Şikayətdən sonra bələdiyyə üzvləri əraziyə cəlb olunub. Araşdırma zamanı məlum olub ki, villanın hovuzundan dənizə 50 metrlik boru düzəldilib.

Qanunsuz olduğu üçün boru sökülüb, problem aradan qaldırılıb.