Qohumunun evindən külli miqdarda oğurluq edən şəxs saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Salyan rayonunda qohumunun evindən külli miqdarda oğurluq edən şəxs saxlanılıb.

AzerTimes-ın məlumatına görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da şəhər ərazisindəki evlərin birindən 6550 dollar və 2800 manat pul oğurlamaqda şübhəli bilinən zərərçəkənin qohumu E.Hüseynov müəyyən edilərək saxlanılıb.


Teqlər: