Qocaman ustad Aşıq Ədalət vəfat etdi

Qocaman ustad Aşıq Ədalət vəfat etdi

Dünən axşam saatlaında Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Aşıq Ədalət Nəsibov 78 yaşında dünyasını dəyişib.  

Bu barədə onun yaxınları məlumat verib. Məlumata görə, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xatırladaq ki, Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb.

Mərhumla vida mərasimi bu gün saat 12:00-da oğlunun evində baş tutacaq.

Allah rəhmət eləsin!