Qobustanda yol qəzası nəticəsində “Kia” yanıb

Qobustan rayonunun Cəngi kəndində “Mercedes” və “Kia” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın nəticəsində “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: