Qiymətləndirmələrin azaldılmasının tərəfdarıyam – Emin Əmrullayev

Xəbər - İlhamə İsabalayeva – Trend:

Məktəbdaxili qiymətləndirmələrin azaldılmasının tərəfdarıyam. Amma düşünürəm ki, bu məsələni ictimaiyyətdə müzakirə etməliyik.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, növbəti tədris ilindən bununla bağlı fikirlərin paylaşılmasına çalışılacaq: “Məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət əsas götürülməlidir. Şagirdin qiymətini yazmaq baxımından qiymətləndirmə keçirmək lazım deyil. Şagirdin gündəliyində 5 qiymətinin yazılması vacib deyil. Onun bacarıqlarının düzgün qiymətləndirilməsi vacibdir. İlk növbədə, şagirdin dərs yükünü azaltmaq lazımdır”.

E.Əmrullayev qeyd edib ki, məktəbdaxili qiymətləndirmə ilə bağlı köklü və əsaslı müzakirələr aparılmalıdır: “Pilot qaydada iki məktəbdə qiymətləndirmə prosesinə başlanılıb. Sonrakı illərdə bunun digər məktəbləri də əhatə etməsi planlaşdırılır”.

Teqlər: