Qırıcı təyyarə dənizə düşdü

Qırıcı təyyarə dənizə düşdü

Yunanıstan Hərbi hava qüvvələrinə aid “Mirage 2000” qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qəza Skopelos adası yaxınlığında baş verib. İlkin məlumata görə, təlim zamanı qırıcının mühərrikində və ya idarəetmə sistemində nasazlıq yaranıb.

Təyyarə dənizə düşüb, pilot katapult edə bilib. Artıq pilotun xilasedicilərlə əlaqə saxladığı və qaydasında olduğu xəbər verilib. Hadisə yerinə helikopterlər cəlb edilib.