Qırğızıstanın yeni Baş naziri prezident vəzifəsini icra edəcək

Qırğızıstanın yeni Baş naziri prezident vəzifəsini icra edəcək

Qırğızıstanın Baş Naziri Sadır Japarov prezident vəzifələrini icra edənin səlahiyyətlərinin ona keçdiyini bəyan edib.

Japarov bu sözləri “Köhnə meydan”da tərəfdarları qarşısında çıxış edərkən bildirib.

“Prezident Soronbay Jeenbekov istefa ərizəsi yazdı. Joqorku Keneşin (Qırğızıstan parlamenti-red.) sədri Kanat İsayev Prezident vəzifəsini icra etməkdən imtina etdi və ərizə yazdı.

Prezidentin və Baş Nazirin səlahiyyətləri mənə keçdi”, – hökumət başçısı deyib.

Daha əvvəl Qırğızıstan Prezidenti Soronbay Jeenbekov istefaya getmək qərarına gəlib.