Qırğızıstanda etirazçılar Atambayevi həbsdən azad etdilər

Qırğızıstanda etirazçılar Atambayevi həbsdən azad etdilər

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev etirazçılar tərəfindən həbsxanadan azad olunub.

Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar.

Nümayişçilər binanı mühafizə edən milis əməkdaşlarına yandırıcı qarışıqların olduğu butulkalar atıblar və onları daşa basıblar. Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin silahlıları buna rezin güllələrlə cavab veriblər. Parlament binası yanında qarşıdurma 1 saatdan çox davam edib.