Qırğızıstan və Tacikistan münaqişənin həllinə dair bəyanat imzalayıblar

Qırğızıstan və Tacikistan Batken və Suğd vilayətlərinin sərhəd bölgələrindəki silahlı münaqişənin həllinə dair bəyanat imzalayıblar.

AzerTimes-ın “Kabar”a istinadən verdiyi məlumata görə, bəayantda bildirilir ki, tərəflərin təşəbbüsü ilə yaradılmış komissiya sərhəddəki hadisənin səbəblərini və nəticələrini müzakirə edib.

Müzakirələrin yekunları üzrə tərəflər bir sıra məsələlər üzrə razılığa gəliblər:

– silahlı münaqişənin dayandırılması;

– şəxsi heyəti və hərbi texnikanı daimi yerlərinə qaytarmaq;


– gərginliyin artmasının qarşısını almaq üçün tədbirlər görmək;

– planlaşdırılan tədbirlərin tam icrası üçün iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları və icra hakimiyyəti orqanlarının əməkdaşlarından birgə işçi qrupu yaratmaq;

– iki dost xalqın və dövlətin mənafeyi naminə səmərəli danışıqlar prosesi üçün müvafiq sabitləşdirici şərait yaratmaq.