Qırğızıstan-Tacikistan sərhədində həlak olanların sayı 30-u keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı münaqişə nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, bunu Qırğızıstan səhiyyə nazirinin müavini Eliza Soltonbekova deyib.

Onun sözlərinə görə, yaralananların sayı 154 nəfərdir.

Nazir müavini qeyd edib ki, yaralananlardan 121 nəfəri dinc sakindir.

Xatırladaq ki, ötən gün Qırğızıstan və Tacikistan hərbi birləşmələri arasında altı saata yaxın atışma olub. Tərəflər gecə saatlarında atışmanın dayandırılması razılığa gəlsə də, səhər saatlarında yenidən toqquşmaların başladığı bildirilib.