Qırğızıstan Tacikistan ilə sərhəddə vəziyyətin kəskinləşməsi səbəbindən tədbirləri gücləndirib

Qırğızıstanın Tacikistanla sərhəddə yerləşən Sərhəd Xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçiblər.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətindən bildiriblər.

Məlumata əsasən, Sərhəd Xidmətinin bölmələrinin gücləndirilmiş xidmət rejiminə keçməsi dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində yaranan gərginliklə əlaqəlidir.


Xatırladaq ki, aprel və may aylarında iki dövlətin hərbi heyətləri arasında sərhəddə silahlı qarşıdurmalar yaşaşıb və nəticədə hər iki tərəfdən onlarla insan ölüb.