Qırğızıstan prezidentinin impiçment proseduru başladı

Qırğızıstan prezidentinin impiçment proseduru başladı

Qırğızıstan parlamenti Prezident Sooronbay Jeenbekovun impiçment prosedurunu başladıb.

Müxalif “Ata-Meken” partiyasından olan deputat Kanıbek İmanəliyev bu barədə bildirib.

“Deputatların bir qismi impiçmenti imzalayıblar. Bu, çox mürəkkəb prosedurdur, amma onun başladığını demək olar”, – o deyib.

Buna qədər Bişkekdə parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Qırğızıstan Prezidentinin impiçmentini tələb etmişdi.

Qeyd edək ki, ölkədə davam edən etiraz aksiyaları fonunda artıq Baş Nazir, parlament spikeri, dörd vilayətin qubernatoru, Bişkek meri və bir sıra digər məmurlar istefa verib.