Qırğızıstan prezidenti Türkiyəyə rəsmi səfər edəcək

Qırğızıstan prezidenti Sadır Japarov 9-11 iyun tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkə prezidentinin mətbuat xidməti xəbər verib.

Rəsmi səfər çərçivəsində S.Japarov və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danıışıqlar aparılacaq.

İki ölkə liderləri ikitərəfli əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə edəcəklər.

Prezidentlərin Qırğızıstan və Türkiyə arasında strateji əməkdaşlığı ali şurasının beşinci iclasında iştirak edəcəkləri gözlənilir.

Teqlər: