Qətərlilərə Kəbədə problem

Qətərlilərə Kəbədə problem

Qətər ilə ərəb ölkələri arasında olan diplomamtik böhran Kəbəyə də sıçradı.

Səudiyyə Ərəbistanı Ümrə ziyarəti üçün Kəbəyə gedən Qətər vətandaşları üçün problem yaradıb.

Məlumata görə, Qətər vətəndaşlarının ziyarətin əsas ayinlərindən hesab edilən Məscidi Harama girişinə icazə verilməyib.

Ümrə ziyarətini gerçəkləşdirə bilməyənlər bu barədə Qətərdəki Milli İnsan Haqları Komitəsinə şikayət ediblər. Komitənin rəhbəri Əli bin Damir əl Merri bu hadisənin insanlara dini ayinlərini yerinə yetirmələri ilə bağlı haqlarını pozduğunu bildirib.

Səudiyyə Ərəbistanı bu faktla bağlı hələlik heç bir açıqlama verməyib.