Qətər turist vizalarının verilməsini bərpa edəcək

Qətər iyulun 12-dən keçən il koronavirus pandemiyası səbəbindən dayandırılmış olan ailə və turist vizalarının verilməsini bərpa edəcək.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin “Twitter” səhifəsində deyilir.

Məlumatda bildirilir: “Qətərə səyahət və qayıtmaq üzrə dövlət siyasətinin yenilənməsi, həmçinin Səhiyyə Nazirliyinin koronavirusla bağlı son tövsiyələrini nəzərə alaraq iyulun 12-dən ailə və turist vizalarının verilməsini bərpa etmək qərarı qəbul edilib”.

Qeyd edək ki, daha əvvəl Qətarin Səhiyyə Nazirliyi iyulun 12-dən başlayaraq Qətərə giriş üçün yeni qaydaları açıqlayıb.