Qənirə Paşayeva aviabiletlərin ucuzlaşdırılmasını təklif etdi

Qənirə Paşayeva aviabiletlərin ucuzlaşdırılmasını təklif etdi

Milli məclisdə Azərbaycan-Türkiyə arası yeni viza sazişinin təsdiqindən sonra millət vəkili Qənirə Paşayeva təklif irəli sürüb.

Müzakirələr zamanı deputat Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasında hava yolu biletlərinin baha olması məsələsinə toxunub.

O, qeyd edib ki, İstanbuldan Gəncəyə uçuş biletləri bahadır: “Bu məsələni qaldıranda Türkiyə tərəfi bildirir ki, Azərbaycanda yer haqları çox bahadır. Axı Gəncəyə nə qədər uçuş var ki, yer haqları belə bahadır?! Postpandemiya dövründə turizmin inkişafı ölkəmizdə vacibdir. Türkiyədən istənilən vətəndaş Avropa ölkəsinə daha ucuz qiymətə getsə, biz ölkəmizdə turizmin canlanmasını görə bilmərik. Ona görə hava yolları rəhbərliyindən xahiş edirik ki, bu yer haqları məsələsinə baxılsın”.