Qəbizlik zamanı qara gavalı dəmləməsinin faydası

Qəbizlik zamanı qara gavalı dəmləməsinin faydası

Bəzi statistik məlumatlarına əsasən, dünyada yaşayan insanların təxminən 10%-i xroniki qəbizlikdən əziyyət çəkir.

Bəzi təbii vasitələr xroniki qəbizliklə mübarizədə çox yaxşı effekt verir. Qara qavalı dəmləməsi belə vasitələrdən biridir.

Dəmləməni hazırlamaq üçün 100 qr qara qavalı yaxşı yuyulur və axşamdan termosda 1/2 l suda dəmlənilir. Səhər acqarına 1 stəkan dəmləmə için və 3-4 meyvə yeyin. 30-40 dəqiqədən sonra səhər yeməyi yeyə bilərsiniz.

Bu dəmləməni həmçinin hamilə qadınlar və uşaqlar içə bilər.