Qəbələ sakini doğma qardaşını güllələdi

Qəbələ sakini doğma qardaşını güllələdi

Qəbələdə rayonunda qətl hadisəsi baş verib. Hadisə bu gün rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ramil Rəhimov aralarında baş verən dava zamanı qardaşı 61 yaşlı Azər Rəhimova ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan Rəhimov Azər dünyasını dəyişib.

Hadisəni törədən Rəhimov Ramil saxlanılıb. Qətlin mülk üstündə yaranmış mübahisə nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.