QDTİB “Turanbank”a ikinci kredit xəttini təqdim etməyi planlaşdırır

Xəbər - Ləman Zeynalova – AzerTimes:

Qara dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) bu il kiçik və orta müəssisələr üçün “Turanbank”a milli valyuta ilə ikinci kredit xəttini təqdim etməyi planlaşdırır.

Bu barədə AzerTimes-ə QDTİB-dən bildiriblər.

Qeyd olunur ki, əsas amil Azərabycan bankı tərəfindən milli valyuta ilə maliyyələşdirməyə tələbin olmasıdır:


“Bu il biz “Turanbank”a ikinci kredit xəttini təqdim etməyi planlaşdırırıq. Tələbin təmin olunması üçün biz bütün mümkün variantları qiymətləndiririk və ən səmərəli variantları seçəcəyik”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: