QDTİB-lə əməkdaşlıq SOCAR AQŞ şirkətinə öz biznesini genişləndirməyə kömək edib

Xəbər - Ləman Zeynalova – Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə tərəfdaşlıq SOCAR AQŞ şirkətinə öz biznesini genişləndirməyə kömək edib.

Bu barədə AzerTimes-a Bankdan bildiriblər.

Qeyd olunub ki, 2019-cu ildə bank tərəfindən SOCAR AQŞ-ə bir il ödəmə müddəti və uzatmaq imkanı ilə 20 milyon avro məbləğində kredit xətti təqdim edilib:

“Kredit şirkətlə imzalanmış müqavilə əsasında istifadə olunub və tamamilə ödənilib. Əməliyyat QDTİB üzv ölkələrindən sənaye avadanlığı və material idxalının maliyyələşdirilməsi hesabına iqtisadi baxımdan səmərəli oldu və istehsalçılara, tədarükçülərə texnoloji tərəqqi imkanlarını təqdim etdi. Hesab edirik ki, bizim SOCAR AQŞ-lə tərəfdaşlığımız şirkətin biznesinin genişlənməsinə və regionda tədarük zənciri ekosisteminə inteqrasiyasına kömək etdi. Hazırda kredit sazişinin müddətinin uzadılması barədə qərar mövcud deyil”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: