Aktaudan 42 həmvətənimiz ölkəmizə göndərildi

Aktaudan 42 həmvətənimiz ölkəmizə göndərildi

Pandemiya dövründə xarici ölkələrdə qalan vətəndaşlarımızın ölkəyə gətirilməsi davam etdirilir.

Azərbaycan hökuməti virusun yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 42 vətəndaşı ölkəmizə təxliyə edib.

Azərbaycanın Aktaudakı baş konsuluğundan verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 107 nəfər Vətənə göndərilib. Azərbaycana təxliyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.