Qazaxıstanda son sutkada koronavirusa 2 586 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 586 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın Kazinform-a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 261 503 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 229 538 nəfəri sağalıb, 3 156 nəfəri isə vəfat edib.

Teqlər: