Qazaxıstanda son sutkada koronavirusa 1 485 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 485 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 238 785 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 215 474 nəfəri sağalıb, 2 980 nəfəri isə vəfat edib.