Qazaxıstanda koronavirusdan son sutka 835 nəfər sağalıb, 1 105 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 105 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 236 200 nəfərə çatıb, onlardan 2 952 nəfəri isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 835 olmaqla 213 743 nəfəri sağalıb.