Qazaxıstanda koronavirusa daha 4 568 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 568 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 812 999-a, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 9 779 çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 6 620 nəfər, hazırkı dövrədək isə 716 645 nəfər sağalıb.

Teqlər: