Qazaxıstanda koronavirusa daha 1 123 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 123 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 387 672, ölənlərin sayı isə 3 974 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 845 nəfər, hazırkı dövrədək isə 357 826 nəfər sağalıb.