Qazaxıstanda koronavirusa daha 1 119 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 119 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 408 605, ölənlərin sayı isə 4 234 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 838 nəfər, hazırkı dövrədək isə 384 077 nəfər sağalıb.