Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb – Ölənlər var

Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinə məxsus An-26 təyyarəsi qəzaya uğrayıb.

Trend xəbər verir ki, Nur Sultan-Almatı istiqamətində uçan hərbi təyyarə bu gün yerli vaxtla saat 17:22-də radarlardan itib. Təyyarənin Almatı aeroportuna eniş edərkən qəzaya uğradığı bildirilir. Hadisə yerində yanğınsöndürən və xilasedici dəstələr, həmçinin təcili tibbi yardım briqadası işləyir.

İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 6 nəfərdən dördü həlak olub, yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.