Qazaxıstan parlamenti Azərbaycanla miqrasiya üzrə sazişi qəbul edib

Qazaxıstan parlamentinin yuxarı palatası “Qazaxıstan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq barədə sazişin ratifikasiyası haqqında” qanun layihəsini qəbul edib.

Trend-in məlumatına görə, sazişi Senatın iclasında Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kojayev təqdim edib.

O bildirib ki, ölkələr elektron məlumat mübadiləsi imkanına sahib olacaq:

“Saziş 2019-cu il oktyabrın 14-də Bakıda Qazaxıstan və Azərbaycan daxili işlər nazirləri tərəfindən imzalanıb. Sənəd ratifikasiya olunacağı təqdirdə miqrasiya prosesləri və vətəndaşlıq məsələlərinin tənzimlənməsi, eləcə də qanunsuz miqrasiya kanallarının müəyyən olunması üzrə məlumat mübadiləsinin reallaşdırılması üçün əlverişli mühit yaranacaq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: