Qazaxın üç kəndinə dolu yağdı

Qazaxın üç kəndinə dolu yağdı

Dünən saat 20:30-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dolu təxminən 10 dəqiqə davam edib.

Hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan dolunun diametrini​ ölçmək mümkün olmayıb. Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.