Qazax rayonunda ər arvadını ov tüfəngiylə güllələdi

Qazax rayonunda ər arvadını ov tüfəngiylə güllələdi

Qazaxda ər arvadını tüfənglə güllələdi.

Hadisə avqustun 4-ü gecə saatlarında rayonun Qaymaqlı kəndində baş verib. Kənd sakini, 1971-ci il təvəllüdlü Osmanlı Ayaz Kərəm oğlu ov tüfəngindən atəş açaraq arvadı, 1973-cü il təvəllüdlü Osmanlı Maral Baba qızını vurub.

Hadisə nəticəsində Osmanlı Maral vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.