Qaxda traktor yanıb

Qax rayonunda traktor yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Qorağan kəndində “T-82” markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşqulara yığılan 4,4 ton ot bağlamasının 2,2 tonu ot yanıb.

Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Teqlər: