Qaxda güclü külək çinar ağacını qırıb, fiber-optik kabel zədələnib

Xəbər - Samir Əli – Trend:

Fevralın 7-də saat 21:35 radələrində Qax rayonunda güclü külək səbəbindən Mərkəzi Elektron ATS-dən 3 km. məsafədə çinar ağacı qırılaraq fiber-optik kabeli zədələyib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzerTimes-a bildirilib ki, nəticədə rayonun Qaşqaçay, Əmbərçay kəndlərində rabitə və internetin, Zaqatala və Balakən rayonlarında isə internetin verilməsində problemlər yaranıb.

Kabel Magistral Texniki Qovşağının mütəxəssislərinin müdaxiləsilə problem səhər saat 04:20-də aradan qaldırılıb. Zədələnmiş kabelin tam şəkildə bərpası üçün hazırda həmin ərazidə işlər yekunlaşmaq üzrədir.

Teqlər: