Qaxda 3 ton çətənə kolu yandırıldı

Qaxda 3 ton çətənə kolu yandırıldı

Qax rayonunun Almalı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-dən verilən məlumatına görə, bununla bağlı polis və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri keçirilib.

Ümumi çəkisi 3 ton olan 6200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.