Qax rayonunda 3 uşaq anası intihar etdi

Qax rayonunda  3 uşaq anası intihar etdi

Qax rayonunda intihar hadisəsi baş verib. İntihar hadisəsi ötən gecə rayonun Qaratala kəndində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasova özünü asaraq intihar edib. Meyit asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

F. Abbasovanın intihar etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, F.Abbasova 3 uşaq anası idi.

Faktla bağlı araşdırma aparılır.